
Latviya Rusiyaya qarşı öz sanksiyalarını hazırlayır
Latviya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu cür məhdudiyyətlər Aİ səviyyəsində artıq qüvvədə olanlara əlavə olaraq tətbiq ediləcək.
"Delfi" xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Latviya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqəli subyektlərə qarşı milli sanksiya rejiminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərar layihəsi hazırlayıb.
Departament vurğulayıb ki, yeni qaydalar hazırkı geosiyasi şəraitdə milli təhlükəsizliyə yaranan təhdidlərə reaksiya mexanizminin yaradılması üçün zəruridir.
Artıq sənəd baxılmaq üçün hökumətə təqdim olunub və yaxın vaxtlarda Nazirlər Kabinetində müzakirəyə çıxarılacaq.
Əziz Mustafa
Digər xəbərlər