Rusiyada “terror aktı hazırlamaqda” ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada “terror aktı hazırlamaqda” ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb

14:47
Bəyəndim (2) Bəyənmədim (0)


FSB (FTX) əməkdaşları Stavropol diyarında terror aktları hazırlayan Azərbaycan vətəndaşını saxlayıb.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Rusiya Federasiyasında qadağan olunmuş Ukrayna terror təşkilatına könüllü daxil olmuş, təşkilat rəhbərlərinin tapşırığı ilə Yessentuki və Stavropol şəhərlərində, xüsusilə hüquq-mühafizə orqanlarının inzibati binaları və nəqliyyat infrastrukturunun yerləşdiyi bir sıra obyektlərdə diversiya-terror aktları törədilməsi ehtimal olunan yerlərdə ətraflı kəşfiyyat aparmış Azərbaycan vətəndaşı Stavropol diyarında saxlanılıb", - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
İstintaq tədbirləri zamanı ondan “Ukrayna terror təşkilatının maraqları naminə qanunsuz fəaliyyətini ifşa edən məlumatları özündə əks etdirən partlayıcı qurğuların, rabitə vasitələrinin və elektron yaddaş qurğularının hazırlanması üçün komponentlər götürülüb”.
Faktla bağlı UFSB-nin Stavropol diyarı üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsi, 205-ci (terror aktına hazırlıq) ilə cinayət işi açıb.
Almaz Həsənli