Rusiyanın Blaqoveşensk şəhərində "Ermənistan" restoranı və mehmanxanası bağlanıb

Rusiyanın Blaqoveşensk şəhərində "Ermənistan" restoranı və mehmanxanası bağlanıb

14:05
Bəyəndim (2) Bəyənmədim (0)

Məhkəmə icraçıları Blaqoveşenskdə "Ermənistan" restoran və mehmanxanasını möhürləyib. Məhkəmə müəssisələrin fəaliyyətini dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Portamur.ru” məlumat yayıb.

Rusiyanın Amur vilayəti üzrə UFSSP-nin verdiyi məlumata görə, fərdi sahibkar qanunu pozaraq ödənişləri həyata keçirərkən kassa aparatlarından istifadə etməyib.

Məhkəmə inzibati işə baxaraq “Ermənistan” restoran və mehmanxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

"Mehmanxana və restoranın sahibinin nümayəndəsinə icra icraatının başlanması barədə qərardad verilib, şahidlərin iştirakı ilə binalar möhürlənib. Ona da izah edilib ki, məhkəmənin qərarı icra olunmadıqda inzibati tənbeh tədbirləri tətbiq oluna bilər", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Məhkəmə qərarının icrasına məhkəmə icraçıları nəzarət edəcək.

Almaz Həsənli