Tramp və Si Cinpin Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində görüşə bilər

Tramp və Si Cinpin Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində görüşə bilər

12:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinlə oktyabrın əvvəlində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı görüşə bilər.

Bu barədə CNN məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Ağ Ev rəhbəri və müşavirləri gizli şəkildə APEC ölkələrinin ticarət nazirlərinin görüşü üçün Cənubi Koreyaya səfərə hazırlaşırlar.

Üç administrasiya rəsmisinin sözlərinə görə, sammitin oktyabrın 31-də və noyabrın 1-də Gyeongju şəhərində keçirilməsi planlaşdırılıb və Trampın Çin prezidenti Si Cinpin ilə görüşməsi üçün əsas fürsət kimi qiymətləndirilir. APEC çərçivəsində ikitərəfli görüşlə bağlı ciddi müzakirələr aparılıb, lakin heç bir plan yekunlaşdırılmayıb.

Əziz Mustafa