
London Rusiya pulundan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinə 1 milyard funt-sterlinq dəyərində yardım köçürüb
Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Ukraynaya hərbi yardım göstərildiyini açıqlayıb. Müsadirə edilən Rusiya vəsaitləri 1 milyard funt sterlinqdən çox dəyərində silah və digər hərbi yardımların alınmasına sərf edilib. “Deutsche Welle” xəbər verir ki, bu barədə britaniyalı nazir çərşənbə günü, sentyabrın 3-də məlumat verib.
Bu, Ukraynanı yüz minlərlə artilleriya hərbi avadanlıq, yüzlərlə zenit-raket kompleksi, silahlar üçün ehtiyat hissələri ilə təchiz etməyə, həmçinin texnika və hərbi nəqliyyata texniki qulluq və təmirə dair yeni müqavilələr bağlamağa imkan verib, Britaniya hökumətinin saytında deyilir.
Böyük Britaniyadan son 50 gündə Ukraynaya 4,7 milyon ədəd yüngül silah patronu, 60 min ədəd artilleriya mərmisi, raket və raket kompleksləri, 2,5 mindən çox dron, 200-dən çox radioelektron mübarizə sistemi, 100 ədəd yüngül silah, 30 ədəd nəqliyyat vasitəsi və pilotsuz təyyarələrə və hava hücumundan müdafiə sistemlərinə qarşı əlavə avadanlıq verilib.
Almaz Həsənli