Rusiya Belarus rahibələrindən Avropada casusluq məqsədləri üçün istifadə edir

Rusiya Belarus rahibələrindən Avropada casusluq məqsədləri üçün istifadə edir

08:08
Bəyəndim (1) Bəyənmədim (0)

İsveçdə Belarus Müqəddəs Yelizaveta monastırından olan rahibələrin Milad tədbirlərinə dəvət olunması ilə bağlı qalmaqal başlayıb. "The Telegraph" qəzetinin məlumatına görə, onlar Rusiyaya casusluq etməkdə ittiham olunublar.

Qəzetin "casus rahibələri" adlandırdığı bacılar Stokholmun ətrafındakı Täbi şəhərində keçirilən kilsə tədbirinə dəvət olunublar. Kilsə keşişi Maykl Oyermo bacıları müdafiə edərək onlara qarşı casusluq ittihamlarını yalan adlandırıb. O, heç bir ciddi dəlil olmadığını vurğulayıb. Oyermonun özü sonradan bu açıqlamalarına görə tənqid atəşinə tutulub.

"The Telegraph" qəzeti qeyd edir ki, artıq 2025-ci ilin noyabr ayının sonlarında İsveç Kilsəsi kilsələrini Belarus Müqəddəs Yelizaveta monastırından olan bacıları tədbirlərə dəvət etməməyə çağırıb. Nəşrin məlumatına görə, rahibələr Rusiya kəşfiyyatı ilə sıx əlaqədə olmaqda ittiham olunublar.

Əziz MUSTAFA