
Qarabağ" Çempionlar Liqası iştirak ərizəsini açıqladı
Azərbaycanın "Qarabağ" futbol klubu Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.
Azerisport.com xəbər verir ki, “köhlənlər”ın baş məşqçisi Qurban Qurbanov iştirak ərizəsinə 24 futbolçu daxil edib.
Qapıçılar: Şahruddin Maqomedəliyev, Fabiyan Buntiç, Mateuş Köxalski;
Müdafiəçilər: Matheuş Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina, Sami Mmae, Bəhlul Mustafazadə;
Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi, Pedro Bikalyo, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdellah Zubir, Aleksey Kaşuk, Hikmət Cəbrayılzadə;
Hücumçular: Kamilo Duran, Emmanuel Addai, Musa Qurbanlı, Nəriman Axundzadə.
“Qarabağ” ilk oyununu sentyabrın 16-da Lissabonda Portuqaliya “Benfika”sı ilə keçirəcək.
Oxuməni.az