Gürcüstan Daxili İşlər Nazirliyi Parlament binası yaxınlığında 23 etirazçını saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi Parlament binası yaxınlığında 23 etirazçını saxlayıb

16:00
Bəyəndim (2) Bəyənmədim (0)


İnterpressnews xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi bir gün əvvəl Rustaveli prospektində Gürcüstan parlamentinin binası yaxınlığında saxlanılan 23 etirazçıya qarşı “polisin qanuni əmrini yerinə yetirmədiklərinə görə” inzibati ittiham irəli sürüb. Qanun pozuntusuna görə iki aylıq inzibati həbs və ya 5000 lariyə (1855 dollar) qədər cərimə nəzərdə tutulur.

Kütləvi həbslər çərşənbə axşamı axşam saatlarında Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının üzvləri və bir sıra QHT fəalları “Saakaşvili Rejiminin Cinayətləri üzrə İstintaq Komissiyası”nın hesabatına etiraz olaraq mərkəzi Rustaveli prospektini bağlamağa cəhd edərkən baş verib.

Polis etirazçıları (əsasən qadınlar) məhbusların daşınması üçün xüsusi maşınlara sürüyərək maşına mindirib. Eyni zamanda digər etirazçılar onlara müqavimət göstərərək saxlanılanları polisin əlindən qoparmağa çalışıblar.

Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başa çatdığını elan etməsindən sonra eyni prospektdə etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri arasında şiddətli toqquşmaların baş verdiyi 2024-cü ilin dekabrından bəri saxlanılanların sayı ən yüksək olub. Dekabrda bir neçə yüz nəfər həm cinayət, həm də inzibati məcəllələrə əsasən həbs edilib.

Saxlanılan şəxslər çərşənbə axşamı bütün Gürcüstanda, o cümlədən paytaxtdan yüzlərlə kilometr uzaqlıqdakı istintaq təcridxanalarına aparılıb. Onlar cümə axşamından gec olmayaraq Tbilisi Şəhər Məhkəməsinə aparılacaq və məhkəmə inzibati xəta haqqında hökm çıxaracaq.

Əziz MUSTAFA