
Finlandiya və Estoniya arasında sualtı elektrik xətti sıradan çıxıb
Estoniya-Finlandiya elektrik kabeli Estlink 1 bazar ertəsi səhər saatlarında sıradan çıxıb.
Bu barədə Finlandiyanın “Fingrid” sistem operatoru Nord Pool enerji birjasına məlumat verib.
Məlumata görə, kabel Finlandiya tərəfdəki Espoo şəhərindəki transformator yarımstansiyasında yaranan nasazlıq səbəbindən sıradan çıxıb. Sentyabrın 1-də saat 5:46-da əlaqə kəsilib.
Elektrik kabeli ən azı bazar ertəsi gününün sonuna qədər işləməyəcək. Arızanın səbəbi aydınlaşdırıldıqdan sonra bu müddətə düzəlişlər edilə bilər.
Daha əvvəl bildirilmişdi ki, EstLink 1 avqustun 25-dən 29-dək planlaşdırılmış illik texniki xidmət üçün söndürülüb.
2007-ci ildə tikilmiş elektrik kabelinin gücü 350 meqavatdır.
Almaz Həsənli
Digər xəbərlər