
ABŞ məhkəməsi Trampın Los-Ancelesə qeyri-qanuni qoşun göndərdiyinə qərar verib
Kaliforniyanın Şimal Dairəsinin Federal Dairə Məhkəməsi ABŞ administrasiyasının mühacirlərə qarşı reydlərə qarşı etirazlar fonunda ABŞ Milli Qvardiyasını və Dəniz Piyadalarını Los-Ancelesə göndərmək qərarını qanunsuz hesab edib. Bu barədə çərşənbə axşamı, “CNN” məlumat yayıb.
Hakim Çarlz Breyer Tramp və ABŞ-ın müdafiə naziri Pit Heqsetin qərarda iştirak etdiyinə diqqət çəkərək,göstərib ki, onlar 1878-ci ildə qəbul edilmiş qanunu (Posse Comitatus Aktı) pozublar. O, müəyyən istisnalarla polis və hüquq-mühafizə orqanlarının vəzifələri üçün ölkə daxilində ordudan istifadəni qadağan edir.
Məhkəmə Tramp və Həqsetə Kaliforniyada hərbçilərdən həbs, saxlanma, axtarış, patrul, iğtişaşların yatırılması və digər əməliyyatlar üçün istifadə etməyi qadağan edib. Lakin qadağa yalnız bir yarım həftə sonra qüvvəyə minəcək ki, Tramp administrasiyasına apelyasiya üçün vaxt verilsin.
Hələlik, “CNN”-in qeyd etdiyi kimi, qadağa yalnız Kaliforniyaya aiddir. Hakim Breyer yazıb: “Los-Anceles prezident Tramp və nazir Heqsetin qoşun göndərdiyi ilk ABŞ şəhəridir, lakin bu, sonuncu olmayacaq”.
İddia ilə çıxış edən Kaliforniya qubernatoru Qevin Nyusomun ofisi bildirib ki, ştat sakinləri “Trampın şəhəri qeyri-qanuni hərbiləşdirməsinə lazımi cavabı” əldə ediblər.
Almaz Həsənli