
“Flamingo” raketləri işğal olunmuş Krımda FSB obyektlərini vurub
Ukraynaya məxsus “Flamingo” raketləri müvəqqəti işğal olunmuş Krımdakı Rusiya hədəflərini vurub. Bu barədə Oxuməni.az “Military” nəşrinə istinadən məlumat yayıb. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbərlik etdiyi Rusiya sərhədçilərinin bazası vurulub.
Qeyd olunur ki, raket zərbəsi Krımın Armyansk yaxınlığındakı sərhəd zastavasına və patrul katerinin bazasına düşüb. Nəşrin öz mənbələri ona zərbənin “Flamingo” raketləri ilə edildiyini bildirib.
Avqustun 30-da səhər bir neçə raket Rusiya obyektlərinə uçdu. Raketin buraxılışının videosunu Ukraynanın "Nikolayevski Vanek" monitorinq kanalı onlayn yayımlayıb: üç raket Ukrayna sahillərindən buraxılıb. Ruslar heç birinin qarşısını ala bilmədilər.
Artıq internetdə də yayılan peyk görüntülərindən görünür ki, zastavanın əsas binası dağılıb, ətrafı isə yanğın nəticəsində yanıb.
Rusiya mətbuatı yazır ki, zərbə nəticəsində 6 patrul kateri zədələnib, bir rusiyalı həlak olub. Ruslar səhvən hücumu Ukraynanın Neptun qanadlı raketləri ilə əlaqələndiriblər.
Əziz Mustata