“Qarabağ” klubu tarixində ikinci dəfə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazandı

“Qarabağ” klubu tarixində ikinci dəfə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazandı

10:25
Bəyəndim (1) Bəyənmədim (0)

Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferensvaros” cavab oyunu başa çatıb.
“Qarabağ” klub tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının final mərhələsində iştirak edəcək. Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə uğrunda pley-off mərhələsində Azərbaycan yığması Macarıstanın “Ferensvaroş” klubunu ümumi hesabda (3:1, 2:3) məğlub edib.
“Qarabağ” yeganə dəfə əsas avrokubok turnirinin final mərhələsində 2017/2018-ci il mövsümündə iştirak edib, o zaman “Qarabağ” Danimarka “Kopenhagen”ini pley-off mərhələsində mübarizədən kənarlaşdırıb.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində iştirak edən yeganə Azərbaycan komandası olmaqda davam edir.
Ümumi mərhələnin püşkatma mərasimi avqustun 28-də keçiriləcək.
Ötən mövsüm Çempionlar Liqasının finalında İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə məğlub edən Fransanın “Paris Sen-Jermen” komandası qalib olub.


Almaz Həsənli