
WhatsApp yeni funksiya təqdim edib
“WhatsApp” messenceri istifadəçilərə mesaj formalaşdırmağa kömək edəcək süni intellektə əsaslanan funksiyanı təqdim edib. Bu barədə platformanın bloqunda məlumat verilib.
"Bəzən siz nə demək istədiyinizi bilirsiniz, ancaq bunu necə söyləmək üçün sizə bir az köməyə ehtiyacınız var. Ona görə də bu gün biz "Yardım Yazısı" funksiyasını təqdim edirik", - mesajda deyilir.
Yeni funksiya istifadəçilərə mesaj yazmağın bir neçə üslubunu təklif edəcək. Məsələn, peşəkar, yumoristik və ya dəstəkləyici. Funksiya “Private Processing” texnologiyasına əsaslanır.
"Yardım Yazısı" hazırda ABŞ və digər ölkələrdə ingilis dilində mövcuddur. Messencer gələcəkdə dillərin və ölkələrin sayını genişləndirməyi planlaşdırır.
Almaz Həsənli
Digər xəbərlər