Şərqi Əfqanıstanda güclü zəlzələ baş verib

Şərqi Əfqanıstanda güclü zəlzələ baş verib

10:37
Bəyəndim (2) Bəyənmədim (0)

Sentyabrın 1-nə keçən gecə Şərqi Əfqanıstanda , Pakistanla sərhədə yaxın ərazidə ən azı 500 nəfərin həyatına son qoyan güclü zəlzələ baş verib. “RTA” telekanalı xəbər verir ki, 1000-dən çox yaralı var.
Zərərçəkənlərin ölkənin şərqindəki 6 əyalətdə yaşadığı bildirilir ki, bu da fəlakətin miqyasından xəbər verir. Təbii fəlakət Cəlalabad şəhərindən təxminən 20 km aralıda baş verib. Zəlzələnin maqnitudası 6,0, episentri isə cəmi 8 kilometr dərinlikdə olub - bu, dağıdıcı effekti artırıb.
Torpaq sürüşmələri səbəbindən çətin relyef və yolların bağlanması xilasetmə xidmətlərinin işini çətinləşdirir və bu da yeni qurbanların olma riskini artırır. Əsas zərbədən sonra seysmoloqlar 4,5-5,2 bal gücündə üç afterşok qeydə alıblar ki, bu da vəziyyəti daha da pisləşdirib.
Almaz Həsənli