Netanyahu hökuməti İordan çayının qərb sahilini ilhaq etməyi düşünür

Netanyahu hökuməti İordan çayının qərb sahilini ilhaq etməyi düşünür

12:33
Bəyəndim (3) Bəyənmədim (0)

İsrail hökuməti İordan çayının qərb sahilinin işğal olunmuş hissələrinin ilhaqını müzakirə edir. Buna səbəb bir neçə Qərb dövlətinin Fələstini dövlət kimi tanımaq niyyətində olmasıdır. Bu barədə “Axios” xəbər verir.

Nəşrin məlumatına görə, İsrailin strateji işlər naziri Ron Dermer və xarici işlər naziri Gideon Saar bir sıra avropalı həmkarlarına bildiriblər ki, İsrail Fələstini tanımağa razılaşacağı təqdirdə İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq edə bilər.

Bir avropalı məmur bildirib ki, Dermer hətta Fransa prezidentinin Yaxın Şərq üzrə müşaviri Anne-Claire Legendreə İsrailin İordan çayının qərb sahilinin 60 faizini təşkil edən bütün “C ərazisini” ilhaq edəcəyini deyib.

İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə ölkənin tanınmalara cavab olaraq atacağı mümkün addımları müzakirə etmək üçün iclas keçirib. İsrailin təhlükəsizlik kabinetinin də bu gün, bazar günü məsələni müzakirə edəcəyi gözlənilir.

ABŞ-ın İsraildəki səfiri Mike Huckabee Axios-a bildirib ki, Avropa planları İsraili ilhaq barədə danışmağa sövq edir.

Əziz Mustafa