
Donnarumma PSJ-dən “Mançester Siti”yə keçib
PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Jurnalist Fabritsio Romano sosial şəbəkədə xəbər verir ki, italiyalı qolkiper “Mançester Siti”yə keçib.
Mənbənin məlumatına görə, sövdələşmənin dəyəri 39 milyon avro olub. Daha əvvəl media Donnarummanın "Mançester Siti"də bonuslar da daxil olmaqla 15 milyon avroya qədər qazana biləcəyini yazmışdı. Tərəflərin müqaviləsi 2030-cu ilə qədər olacaq.
Canluici Donnarumma 2021-ci ilin yayında azad agent kimi "Milan"dan PSJ-yə keçib.İtaliyalının Fransa çempionu ilə müqaviləsi bir ildən sonra başa çatır və müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb.
Keçən mövsüm Donnarumma bütün yarışlarda 47 oyun keçirib, 17 oyunda qapını təmiz saxlayıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
Almaz Həsənli