Ermənistan və Pakistan diplomatik əlaqələr qurmaq qərarına gəliblər

Ermənistan və Pakistan diplomatik əlaqələr qurmaq qərarına gəliblər

08:35
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüş keçirib və diplomatik münasibətlər qurmaq qərarını açıqlayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi Telegram-kanalında məlumat yayıb.

"Kommunikeni imzalamaqla Ermənistan və Pakistan diplomatik münasibətlərin qurulmasını təsdiqləyirlər. Hər iki ölkənin hökumətləri suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzün istisna edilməsi, bir-birinin daxili işlərinə qarışmama, sülhpərvərlik və bərabərhüquqluluq prinsipləri, sülhpərvərlik və bərabərlik prinsipləri daxil olmaqla, BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışırlar." deyir.

Ermənistan və Pakistan hökumətləri həmçinin 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin həyata keçirilməsi üçün qarşılıqlı əsasda bir-birinə lazımi dəstəyi göstərməyə razılaşıblar.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra diplomatik münasibətlər quracağını bəyan etmişdi.

Əziz Mustafa