ABŞ Hindistandan idxal olunan mallara 50 faiz rüsum tətbiq edib

ABŞ Hindistandan idxal olunan mallara 50 faiz rüsum tətbiq edib

Bəyəndim (2) Bəyənmədim (0)


Çərşənbə günü Hindistandan idxala 50 faizlik tariflər qüvvəyə minəcək. Bu barədə rəsmi Vaşinqton Dehlini xəbərdar edib. Hindistanın Rusiya neftinin alışını azaltmaqdan imtina etməsinə görə tariflər hazırkı 25 faizdən artırılacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə “Svoboda.org” məlumat yayıb.
ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. Ötən il onun ABŞ ilə ticarət balansı təxminən 46 milyard dollar təşkil edib. Amerikanın idxal tariflərinin Hindistan iqtisadiyyatının avtomobil, kimya, qida, zərgərlik və tekstil sektorlarına ciddi zərbə vuracağı gözlənilir. Hindistan hökuməti tariflərdən təsirlənən kiçik istehsalçılara güzəştli kreditlər vəd edib və Hindistan malları üçün yeni bazarlar müəyyən edib. Hindistanın baş naziri Narendra Modi bazar ertəsi deyib ki, onun hökuməti "kiçik sahibkarlara, fermerlərə və heyvandarlara zərər vurulmasına icazə verməyəcək".
Hindistan mallarına ikinci dərəcəli 25 faiz idxal rüsumunun tətbiq edilməsinin rəsmi səbəbi 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri dəfələrlə artmış Rusiya neftinin alışı olub. ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Piter Navarro Hindistanı Rusiya neftini Rusiya aqressiyası ilə maliyyələşdirməkdə ittiham ediblər. Müharibədən əvvəl Hindistanın neft idxalının 1 faizi Rusiyanın payına düşürdü; indi 42 faiz təşkil edir.
“Bloomberg”-in məlumatına görə, Hindistan neft emalı zavodları yaxın həftələrdə Rusiyadan neft idxalını bir qədər azaltmağı planlaşdırır.
Oxuməni.az