
Parubiyanin qətlində şübhəli bilinən şəxs maskalanıb və özünü Glovo çatdırılma xidmətinin kuryeri kimi təqdim edib
Andriy Parubiyanın qətlində şübhəli bilinən şəxs artıq həbs olunduqdan sonra ilk ifadəsini verib.
Oxuməni.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski Telegram-da məlumat verib.
Zelenskinin sözlərinə görə, baş prokuror Ruslan Kravçenko ona Parubiyanın qətlində şübhəli bilinən şəxsin tutulması barədə məlumat verib.
"Şübhəli şəxs ilk ifadəsini verib. Hazırda bu qətlin bütün hallarının müəyyən edilməsi üçün növbəti təcili istintaq hərəkətləri aparılır", - Zelenski bildirib.
O, qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və prokurorlardan ibarət bütün komanda gecə-gündüz işini davam etdirir.
Xatırladaq ki, qətldən az sonra Zelenski hüquq-mühafizə orqanları əməkdaşlarının Andriy Parubiyanın qətlində şübhəli bilinən şəxsi saxladığını bildirmişdi.
"Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasil Malyuk indicə Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat veriblər", - Zelenski bildirib.
Şənbə günü, avqustun 30-da Lvovda Ali Radanın keçmiş sədri Andrey Parubiy güllələnib. Naməlum şəxs ona təxminən 8 atəş açıb. Siyasətçi həkimlər gələnə qədər yerindəcə keçinib.
İlkin məlumata görə, qətl əvvəlcədən planlaşdırılıb. İstintaq bir neçə versiyanı, o cümlədən mümkün Rusiya əlaqəsini nəzərdən keçirir. Müəyyən edilib ki, hücum edən şəxs maskalanıb və özünü Glovo çatdırılma xidmətinin kuryeri kimi təqdim edib.
Əziz MUSTAFA