
Avtomobil Rusiyanın Sidneydəki Baş Konsulluğunun qapısına çırpılıb
“The Sydney Morning Herald” yerli vaxtla saat 08:00 radələrində polisə Fullerton küçəsində şübhəli avtomobilin dayanması barədə siqnal daxil olub. Polis “Toyota Kluger”in sürücüsü ilə danışmaq istəyərkən o, avtomobili tərk edərək Rusiya Baş Konsulluğunun darvazasını döyüb.
Polis maşını mühasirəyə alıb və ona silah tuşlayaraq sürücüdən maşını tərk etməsini tələb edib. Məlumata görə, sürücü müqavimət göstərməyib və təslim olub. Saxlanılan 39 yaşlı kişi polis bölməsinə aparılıb. Onun hərəkətlərinin motivləri hələlik açıqlanmayıb.
Bildirilir ki, polis əməkdaşlarından biri yaralanıb - o, əlindən xəsarət alıb.
Almaz Həsənli
Digər xəbərlər