
Ermənistan tərəfdən Azərbaycan sərhədini pozmağa cəhd edən İraq vətəndaşı saxlanılıb
İraq vətəndaşı Ermənistandan Azərbaycana dövlət sərhədini qanunsuz yolla keçmək istəyərkən tutulub. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat verib.
Hadisə sentyabrın 1-də "Qubadlı" əlahiddə sərhəd diviziyasının ərazisində baş verib. Sərhədçilər Ermənistan tərəfdən dövlət sərhədini pozan bir nəfəri aşkar ediblər.
"Mürəkkəb dağlıq-meşəlik ərazidə keçirilən əməliyyat tədbirləri nəticəsində İraq vətəndaşı Əli Emad Attallah Bədrəvi (2002-ci il təvəllüdlü) saxlanılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə Sərhəd Xidmətindən bildirilib.
Almaz Həsənli
Digər xəbərlər