
Vuçiç Putinə Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Serbiya üçün “çətinliklər”dən şikayət edib
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya diktatoru Vladimir Putinlə görüşdə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması ilə bağlı ölkəsi üçün çətin vəziyyətdən kinli şəkildə şikayət edib. Bu barədə Vuçiçin bəyanatınına istinadən Blic nəşri məlumat yayıb.
Serbiya lideri Kreml rəhbərinə rus dilində müraciət edib və mayın 9-da Moskvaya səfəri zamanı “isti qarşılanmaya” görə təşəkkür edib.
Vuçiçin sözlərinə görə, Rusiya ilə bütün səviyyələrdə əməkdaşlıq guya Serbiya üçün çox vacibdir. Prezident xüsusilə enerji, xüsusilə qaz alışını çox vacib sahə adlandırıb.
“Sizə bildirmək istəyirəm ki, “Ukrayna böhranı” başlayandan Serbiya çətin vəziyyətdə idi, təzyiqlərin öhdəsindən gəlməyə çalışsa da, biz hələ də Rusiya Federasiyasına qarşı prinsipial mövqeyimizi qoruyub saxlaya bilmişik və Serbiyanın müstəqilliyi üçün mübarizəmizi davam etdirəcəyik, həmçinin Avropada Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyən yeganə ölkə olaraq qalmağa çalışacağıq”.
O, Serbiya və Rusiyanın münasibətlərini ən yüksək səviyyədə gücləndirə biləcəyinə əminliyini ifadə edib.
Əziz Mustafa