Ərdoğan: Rusiya və İranın Zəngəzur dəhlizi ilə bağlı qorxuları əsassızdır

Ərdoğan: Rusiya və İranın Zəngəzur dəhlizi ilə bağlı qorxuları əsassızdır

2 Sentyabr 20:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı heç bir problem və ya fikir ayrılığının olmadığını bildirib. Bu barədə Türkiyə mətbuatında gedən məlumatda deyilir.

O qeyd edib ki, regionda əmin-amanlığın bərqərar olması ilə avtomobil və dəmir yolları bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, bir çox sahələr, ilk növbədə ticarət, hiss olunacaq üstünlüklər əldə edəcək.

“Rusiya və İran da zaman keçdikcə qorxularının əsassız olduğunu anlayacaq”, - Ərdoğan vurğulayıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması regiona sülh və sabitlik gətirəcək, quru və dəmir yolu marşrutlarını işə salacaq və iqtisadiyyata müsbət təsir göstərəcək.
Əziz MUSTAFA