
Fitso Putinlə danışıqlardan sonra Zelenski ilə görüşəcək
Slovakiyanın baş naziri Robert Fitso sentyabrın 5-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünün planlaşdırıldığını bildirib.
Bu barədə RBC-Ukrayna Slovakiyanın baş nazirinin videomüraciətinə istinadən məlumat yayıb.
Fitso bildirib ki, o, Çin lideri Si Cinpin və orada dörd günlük səfərdə olan Rusiya diktatoru Vladimir Putinlə danışıqlar aparmaq üçün Pekinə gedir.
“Cümə axşamı axşam Pekindən qayıtdıqdan sonra cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş keçirmək üçün Slovakiyanın şərqinə gedəcəyəm”, o deyib.
Lakin Slovakiyanın baş naziri Ukrayna prezidenti ilə görüşün heç bir təfərrüatını açıqlamayıb.
Xatırladaq ki, Rusiya diktatoru Vladimir Putin Çində Slovakiyanın baş naziri Robert Fitso ilə görüşəcək.
Əziz Mustafa