Putin işğal altındakı Zaporojye AES-də ABŞ və Ukrayna ilə əməkdaşlığa “hazır olduğunu” bəyan edib

Putin işğal altındakı Zaporojye AES-də ABŞ və Ukrayna ilə əməkdaşlığa “hazır olduğunu” bəyan edib

16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya diktatoru Vladimir Putin bəyan edib ki, Moskva "əlverişli şərait yaranarsa" işğal altında olan Zaporojye AES-də ABŞ və Ukrayna ilə əməkdaşlığa hazırdır.

Bu barədə RBC-Ukrayna Rusiya mətbuatına istinadən xəbər verir.

Kreml rəhbərinin sözlərinə görə, Rusiya tərəfi artıq amerikalı tərəfdaşlarla bu məsələni müzakirə edib.

"Biz amerikalı tərəfdaşlarla Zaporojye AES-də də əməkdaşlıq edə bilərik. Prinsipcə, biz onlarla bu məsələləri dolayısı ilə də müzakirə etmişik. Yeri gəlmişkən, eyni şey Ukrayna tərəfinə də aiddir", - diktator bildirib.

Daha sonra o əlavə edib ki, əgər “əlverişli şərait yaranarsa”, guya Rusiya, ABŞ və Ukrayna “Zaporojye AES-də birgə əməkdaşlıq edə bilər”.

Əziz Mustafa