Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verib

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verib

11:57
Bəyəndim (2) Bəyənmədim (0)


"France 24" xəbər verir ki, Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.
Qərar amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oklinin ölümü ilə bağlı verilib. Onlar 2012-ci ildə hökumət qüvvələrinin Homs şəhərini bombalaması nəticəsində həlak olublar.
Keçmiş prezidentdən başqa, məhkəmə onun administrasiyasında eyni iş üzrə daha 6 keçmiş yüksək vəzifəli məmur haqqında həbs qərarı çıxarıb.
2023-cü ilin noyabrında Fransa məhkəməsi artıq 2013-cü ildə Suriyada kimyəvi hücumların təşkili ittihamı ilə Əsədin həbsinə order verib. 2025-ci ilin iyulunda Fransanın ən yüksək kassasiya məhkəməsi Əsədin iddia edilən cinayətlər zamanı prezident toxunulmamazlığına malik olduğunu bildirərək orderi ləğv edib.
Əsəd 20 ildən çox Suriyaya rəhbərlik edib. 2024-cü ilin dekabrında onun rejimi devrildi və keçmiş prezident özü Rusiyaya qaçdı. Kreml onun “humanitar məqsədlər üçün” siyasi sığınacaq aldığını rəsmən təsdiqləyib.
Almaz Həsənli