Tramp: ABŞ qüvvələri dənizdə  "Tren de Aragua"nın 11 üzvünü öldürüb

Tramp: ABŞ qüvvələri dənizdə "Tren de Aragua"nın 11 üzvünü öldürüb

08:36
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin Venesuelanın "Tren de Araqua" qrupunun üzvlərinə zərbələr endirdiyini bildirib. Onun sözlərinə görə, 11 terrorçu məhv edilib.

Cənab Tramp qeyd edib ki, qrup ABŞ Cənub Komandanlığının məsuliyyət zonasındadır. O əlavə edib ki, zərbə nəticəsində ABŞ hərbçilərindən heç biri zərər görməyib.

"Zərbə terrorçular açıq dənizdə, beynəlxalq sularda, ABŞ-a narkotik daşıyarkən baş verib", - Donald Tramp yazıb.

O, həmçinin terrorçuları Qərbdə "kütləvi qətllər, narkotik alveri, seks ticarəti və zorakılıq və terror aktları" üçün məsuliyyət daşıyan "Nicolas Maduronun (Venesuela Prezidenti) nəzarəti altında fəaliyyət göstərən bir təşkilat" adlandırıb.

Əziz MUSTAFA