
iPhone 17-nin qiyməti məlum olub
Ən azı iki yeni Apple smartfonunun qiyməti eyni səviyyədə qalacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə “JPMorgan”ın ixtisaslaşmış “9to5Mac” nəşrinin təhlil etdiyi analitik qeyddə deyilir.
Şirkətin mütəxəssisləri bildiriblər ki, yeni iPhone 17 799 dollara (1358 manat) - iPhone 16 ilə eyni qiymətə olacaq. iPhone 17 Pro Max seriyasının flaqmanı və ən bahalı cihazı iPhone 16 Pro Max ilə eyni olacaq - 1199 dollar (2038 manat).
“JPMorgan”-ın açıqladığı materiallardan belə nəticə çıxır ki, Apple iPhone 17 Pro-nun qiymətini 1099 dollara (1868 manat) qaldıracaq. Cihaz iPhone 16 Pro-dan 100 dollar (170 manat) baha olacaq. Bununla belə, qadcet 256 giqabayta qədər artırılmış yaddaş qurğusu alacaq. 16 Plus modelini əvəz edəcək yeni iPhone 17 Air 949 dollar (16103 manat) və ya sələfindən 50 dollar (85 manat) baha olacaq. Eyni zamanda, hesabat müəllifləri etiraf edirlər ki, Apple 17 Air-in qiymətini 16 Plus-a nisbətən qaldırmaya bilər.
Yekun olaraq, “JPMorgan” analitikləri 2025-ci ildə iPhone qiymətlərindəki artımı mülayim hesab ediblər. Avqustun ortalarında “Instant Digital” ləqəbli insayder də iPhone 17 Pro-nun iPhone 16 Pro ilə müqayisədə 50 dollar bahalaşacağını proqnozlaşdırmışdı.
Almaz Həsənli