NATO Ursula fon der Leyenin təyyarəsi ilə bağlı  baş verən hadisəyə görə cavab tədbirləri hazırlayır

NATO Ursula fon der Leyenin təyyarəsi ilə bağlı baş verən hadisəyə görə cavab tədbirləri hazırlayır

11:11
Bəyəndim (2) Bəyənmədim (0)

NATO-nun baş katibi Mark Rutte Lüksemburqda bildirib ki, Alyans AK prezidenti Ursula fon der Leyenin uçuşu zamanı GPS tıxanması ilə bağlı insidenti ciddi qəbul edir və artıq cavab tədbirlərini gücləndirir. Bu barədə The Guardia xəbər verir.

Belə ki, Rutte Lüksemburqda keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni daşıyan təyyarəyə təsir edən Rusiyanın GPS-in tıxanması şübhəsini şərh edib.

Onun sözlərinə görə, Alyans bu cür hərəkətləri "çox ciddi" hesab edir və artıq "hibrid və kiberhücumlara cavab tədbirləri gücləndirir".

O, son vaxtlar Avropada baş verən bir sıra hadisələri xatırladıb.

"Potensial fəlakətli nəticələri olan kommersiya təyyarələrinin bloklanması, NATO ölkələrindən birində iri sənayeçiyə sui-qəsd cəhdi, Böyük Britaniyada Milli Səhiyyə Xidmətinə hücum. Bunlar kiçik insidentlər deyil. Bunlar çox böyük təsiri olan ciddi hadisələrdir", - NATO-nun baş katibi bildirib.

Əziz Mustafa