ABŞ Kosmik Komandanlığının bazasını başqa ştata köçürmək istəyir

ABŞ Kosmik Komandanlığının bazasını başqa ştata köçürmək istəyir

10:11
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp ölkə silahlı qüvvələrinin Kosmik Komandanlığının qərargahının Kolorado ştatından köçürülməsini elan etməyi planlaşdırır. Bu barədə “Reuters” məlumat yayıb.

Ağ Ev administrasiyasının planlarına görə, yeni komanda bazası Alabama ştatının Huntsville şəhərində yerləşəcək. Hazırda qərargah Kolorado ştatının Kolorado Springs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir. Məlumata görə, bu, Amerika kosmik proqramının inkişafında mühüm strateji addım olacaq.

ABŞ prezidentinin 2023-cü ildə silahlı qüvvələrin yeni döyüş komandanlığının daimi evi olaraq Kolorado Sprinqsi seçən keçmiş prezident Co Bayden administrasiyasının verdiyi qərarı ləğv edərək, 2 sentyabrda bazanın köçürülməsi ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Əziz Mustafa