İsrail Qəzzaya hücumu ləğv etməyə hazırdır: əsas şərtin adı açıqlanıb

İsrail Qəzzaya hücumu ləğv etməyə hazırdır: əsas şərtin adı açıqlanıb

14:27
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail müharibəni dayandırmaq və girovları HƏMAS-dan azad etmək üçün razılaşmanın müqabilində Qəzza şəhərinə hücumu dayandırmağa hazırdır.

Bu barədə “The Times of Israel” xəbər verir.

Qeyd olunur ki, belə bir bəyanat İsrail mediasında ABŞ, Qətər və Misirin bütün girovların vətənə qaytarılmasına imkan yaradacaq tam razılaşma təklif etməyə hazırlaşdıqları barədə məlumatlara cavab olaraq verilib.

Məlumat Netanyahu hökumətinin artıq qismən razılaşmaları nəzərdən keçirməyəcəyini elan etdikdən sonra verilib.

Bundan əvvəl HƏMAS müharibəyə son qoyacaq istənilən razılaşmaya, eləcə də İsrail qoşunlarının tamamilə çıxarılmasına, humanitar yardımların maneəsiz əldə edilməsinə və digər tələblərə hazır olduğunu bəyan edib.

Əziz Mustafa