
NASA: ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyi planlaşdırır
ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyi planlaşdırır.
Oxuməni.az-ın xəbərinə görə, bunu nəqliyyat naziri - Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktor vəzifəsini icra edən Şon Daffi “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz orada baza tikintisinə başlamaq üçün Ayə faydalı yüklər göndərmək, sonra isə 2030-cu illərin əvvəllərində Marsa səyahət etmək istəyirik. Bu, 8 aylıq bir missiya olacaq. Ümid edirəm ki, [gələn ilin aprelində] dörd astronavtın olduğu gəmi Ayın ətrafında uçacaq. Sonra Ayə enəcəyik və orada 8-12 gün qalacağıq. [Keçmişdə Ayda] qalmağın ən uzun müddəti 3 gün idi," - deyə rəsmi əlavə etdi.
Daffi daha əvvəl ABŞ-ın Donald Trampın prezidentliyi başa çatmamış Aya astronavt endirməyə ümid etdiyini bildirmişdi.
Almaz Həsənli