
Rusiya Baş nazirin müavini Overçuk Azərbaycanda rusların saxlanması ilə bağlı vəziyyətdən danışıb
Rusiya Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşının tezliklə öz vətənlərində olacağına ümid edir. “TASS” xəbər verir ki, bunu baş nazirin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (EEF) çərçivəsində deyib.
Rusiya rəhbərliyi də ümid edir ki, Azərbaycan rəhbərliyi bu insanların evə buraxılmasında anlayışla yanaşacaq, Overçuk əlavə edib.
İyulun 1-də Bakıda İrandan narkotik tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda şübhəli bilinən bir neçə rusiyalı saxlanılıb və həbs edilib.
Ertəsi gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, dostluq münasibətləri Rusiya və Azərbaycan üçün son dərəcə vacibdir, lakin onları korlamaq istəyənlər var və onlar bu barədə yaxşı düşünməlidirlər.
Almaz Həsənli