Alimlər Yerin maqnit qütbünün yerdəyişməsi zamanı baş verənləri açıqlayıblar

Alimlər Yerin maqnit qütbünün yerdəyişməsi zamanı baş verənləri açıqlayıblar

14:02
Bəyəndim (3) Bəyənmədim (0)

Beynəlxalq tədqiqatçılar qrupu aşkar ediblər ki, Laşamp hadisəsi adlanan hadisə - 41-42 min il əvvəl Yerin maqnit sahəsinin qısamüddətli yoxa çıxması zamanı planetdə ciddi iqlim dəyişiklikləri baş verib. Oxuməni.az xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Alimlər həllin açarını Yeni Zelandiyada qorunan qalıqlaşmış kauri ağaclarında (Agathis australis) tapıblar. Onların illik halqalarının təhlili maqnit sahəsinin dağılması nəticəsində atmosferdə radiokarbonun kəskin artımını göstərdi. Bu dövrdə ionlaşdırıcı radiasiya ozon təbəqəsini praktiki olaraq məhv edib və bu, planetdə iqlim dəyişikliyinə səbəb odub.

Alimlər bunun nəticələrini Avstraliya və Tasmaniyada meqafaunanın yox olması, həmçinin qədim insanların həyat tərzinin dəyişməsi ilə əlaqələndirirlər. Onların fikrincə, maqnit “qalxanının” yoxa çıxması insanları mağaralarda sığınacaq axtarmağa məcbur etdi və qayaüstü rəsmlərin ilk dalğalarının yaranmasına təsir göstərə bilərdi. Xüsusilə, tədqiqatçılar oxra ilə örtülmüş əl izlərini mineraldan primitiv “günəş kremi” kimi istifadə etmək cəhdi kimi izah edirlər.

Almaz Həsənli