“Neftçi”yə keçmiş ÇSKA məşqçisi başçılıq edə bilər

“Neftçi”yə keçmiş ÇSKA məşqçisi başçılıq edə bilər

10:32
Bəyəndim (1) Bəyənmədim (0)


"Neftçi" CSKA-nın sabiq baş məşqçisi Viktor Qonçarenkonu komandanın yeni məşqçisi kimi nəzərdən keçirir.
Bu barədə Oxuməni.az sport-express.ru-ya istinadən xəbər verir.
Klubun bundan əvvəlki baş məşqçisi 2024-cü ilin oktyabrından komandaya rəhbərlik edən Samir Abasov olub. 2025-ci il noyabrın 24-də o, vəzifəsindən azad edilib və Sənan Qurbanov baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edib.
“Neftçi” hazırda 2025/26 Azərbaycan çempionatının turnir cədvəlində 13 oyundan 16 xalla yeddinci yerdədir.
48 yaşlı Viktor Qonçarenkonun son iş yeri “Pari NN” olub. Belarusiyalı məşqçi 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununa qədər Nijni Novqorod komandasına rəhbərlik edib.
Almaz Həsənli