İslamabad və Kabil arasnda sərhəd danışıqları uğursuz olub
Pakistan və Əfqanıstan rəsmiləri arasında sərhəd vəziyyətini həll etmək üçün son danışıqlar yenə də nəticə verməyib.Bu barədə Dawn mənbələrə istinadən xəbər verirə
Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə 30 noyabrda Ər-Riyadda keçirilən Pakistan və Əfqanıstan arasında qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edə bilməyib. İslamabad və Kabil heç bir çeviklik göstərməyib və sərhədyanı terrorizm probleminin həllində güzəştə getməkdən imtina ediblər. Nəşrin qeyd etdiyi kimi, danışıqlar zamanı Pakistan Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətini bərpa etmək təklifini rədd edib.
Əfqanıstanla ticarət əlaqələrinin gələcək perspektivləri ilə bağlı Pakistanın mövqeyini izah edən Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, İslamabad tezliklə ölkəyə vacib qida məhsullarının tədarükünə icazə verə bilər, lakin bu, yalnız BMT-nin tələbi ilə mümkündür. O bildirib ki, "İslamabadın Əfqanıstana humanitar yardım göstərməyə müsbət yanaşmasına baxmayaraq, Kabil Əfqanıstan torpağında fəaliyyət göstərən və Pakistana hücum edən terrorçulara qarşı heç bir tədbir görmür".
Əziz MUSTAFA




























































.jpg)
.jpg)
.jpg)
















