Newsweek: ABŞ-da ikili vətəndaşlıq qadağası məşhurlara təsir edə bilər

Newsweek: ABŞ-da ikili vətəndaşlıq qadağası məşhurlara təsir edə bilər

12:33
Bəyəndim (1) Bəyənmədim (0)

Newsweek jurnalının məlumatına görə, ABŞ Respublikaçı senatoru Berni Morenonun (Demokrat-Ohayo) ikili vətəndaşlığı qadağan edən qanun layihəsi birinci xanım Melaniya Trampa, Elon Maska və bir neçə digər məşhura təsir edə bilər.

Qanun layihəsi qüvvəyə minərsə, Sloveniya vətəndaşlığına malik Melaniya Tramp və oğlu Barron bir il ərzində bundan imtina etməli olacaqlar.

Tramp ailəsindən əlavə, tədbirlər ABŞ, Cənubi Afrika və Kanada vətəndaşlığına malik Maska, eləcə də Tom Hanks, Mila Kunis, Pamela Anderson və başqaları da daxil olmaqla məşhur aktyor və aktrisalara təsir edə bilər.

"ABŞ vətəndaşı olmaq şərəf və imtiyazdır və amerikalı olmaq istəyirsinizsə, bu, ya hər şey, ya da heç nə" deyə Moreno qanun layihəsi ilə bağlı açıqlamasında bildirib.
Daha əvvəl senatorun mətbuat xidməti ABŞ Konqresinin yuxarı palatasına ABŞ pasportu olan şəxslərin ikili vətəndaşlığa malik olma imkanını ləğv etməyi təklif edən qanun layihəsi təqdim etdiyini bildirmişdi. ABŞ pasportlarını saxlamaq üçün onlar ABŞ Dövlət Katibinə, rədd edildiyi təqdirdə isə Daxili Təhlükəsizlik Katibinə sorğu təqdim etməlidirlər.
Əziz MUSTAFA