İstanbul məhkəməsi keçmiş bankiri fırıldaqçılıqda günahlandıraraq 102 il müddətinə azadlıqdan məhrum edib
İstanbul məhkəməsi özəl bank olan Denizbank-ın keçmiş filial direktoru Secil Erzanı fırıldaqçılıq və aldatmada günahlandıraraq 102 il dörd ay müddətinə azadlıqdan məhrum edib. NTV-nin məlumatına görə, o, həmçinin 178.000 dollar cərimə olunub.
Məhkəmə Secilin yaratdığı fondun yüksək mənfəət adı altında 41 nəfəri aldatdığını müəyyən edib. Onun investorları arasında məşqçilər və futbolçular Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları var idi.
Secil 2023-cü ilin aprel ayından bəri həbsdədir. O, əvvəlcə 40 milyon dollar və 20 milyon türk lirəsi (cari məzənnə ilə 470.000 dollar) məbləğində fırıldaqçılıqda ittiham olunub. Prokurorlar dələduzluq ittihamları ilə 109 ildən 358 ilə qədər həbs cəzası tələb etmişdilər.
İşdə iştirak edən Denizbank-ın keçmiş rəhbərləri Hakan Ateş və Mehmet Aydoğdu məhkəmə tərəfindən bəraət qazandılar.
Əziz MUSTAFA























































.jpg)
.jpg)
.jpg)





















