Azərbaycan Rusiyadan çay idxal edən ilk üç ölkə sırasına daxil olub

Azərbaycan Rusiyadan çay idxal edən ilk üç ölkə sırasına daxil olub

Bəyəndim (2) Bəyənmədim (0)

2025-ci ildə Azərbaycan Rusiya çayının idxalı üzrə liderlər sırasına daxil olaraq, ümumi ixracın 7%-ni təşkil edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
"Aqroeksport" federal mərkəzindən verilən məlumata görə, Rusiya çayının ixrac göstəriciləri ötən illə müqayisədə 11% artaraq 96 milyon dollardan çox olub.
Mərkəzin mütəxəssisləri qeyd ediblər ki, Rusiya çayının ən böyük idxalçıları arasında Azərbaycan, Qazaxıstan və Belarus yer alıb.
"Ekspertlərin qiymətləndirmələrinə görə, 2025-ci ildə Rusiya xarici bazarlara 96 milyon dollardan çox dəyərində 12 min tondan artıq çay tədarük edib. 2024-cü illə müqayisədə ixrac dəyər ifadəsində 11% artıb", – deyə "Aqroeksport" bildirib.
Ən çox qara çay ixrac edilib – 78%-ə qədər, yaşıl çay 16%, dad və ətir əlavəli çay isə 2% təşkil edib.
"Aqroeksport" həmçinin bildirib ki, ötən il Rusiya BƏƏ-yə bütün tarix boyu ən böyük həcmdə çay – 274 min dollar dəyərində 87 ton çay tədarük edib.
Mütəxəssislər qeyd ediblər ki, 2024-cü illə müqayisədə Əmirliklərə ixrac 8 dəfə artıb.
Almaz Həsənli