Hazırda 2000 rusiyalı turist Qətər, Oman və Bəhreyndədir

Hazırda 2000 rusiyalı turist Qətər, Oman və Bəhreyndədir

15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) mətbuat xidmətinin məlumatına görə, təxminən 2000 rusiyalı hazırda Qətər, Oman və Bəhreyndədir. BƏƏ-dəki rusiyalı turistlərin sayı 50.000-ə çatıb.

ATOR-un məlumatına görə, bütün rusiyalı turistlər sağ-salamatdır. Xəsarət alan yoxdur. ABŞ və İsrailin İrandakı əməliyyatı səbəbindən Bəhreyn, İraq, Qətər və Küveyt hakimiyyəti hava məkanını tranzit və beynəlxalq uçuşlar üçün tamamilə bağlayıb, ATOR xəbər verir. Bu gün BƏƏ-dən çıxa bilməyən turistlər otellərdə yerləşdirilir.

Rusiya aviaşirkətləri uçuş cədvəllərini dəyişdirir. Rosaviasiya uçuşların gecikməsi, digər hava limanlarında əlavə dayanacaqlar və uçuşların ləğvi barədə xəbərdarlıq edib. Hər iki ölkə hava məkanını bağladığı üçün aviaşirkətlər İran və İsrailə uçuşları dayandırıb. Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti hava məkanının "müvəqqəti və qismən" bağlandığını elan edib.

Əziz Mustafa