Tramp İran rəhbərliyi üçün üç namizəd gördüyünü bildirib
Tramp İran rəhbərliyi üçün üç namizəd gördüyünü bildirib.
“The New York Times” qəzeti Trampdan konkret adlar çəkməsini istəyəndə o, cavab verməkdən imtina edib.
ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə verdiyi müsahibədə İranın gələcək rəhbərliyi üçün uyğun hesab etdiyi üç namizədin adını çəkib.
Nəşr bildirir ki, müsahibə zamanı Amerika lideri İslam Respublikasına kimin rəhbərlik edə biləcəyi ilə bağlı “üç çox yaxşı seçim”inin olduğunu deyib. O, konkret adlar tələbinə cavab verməkdən imtina edib.
İran dövlət televiziyası əvvəllər Ali Rəhbər Əli Xameneinin iqamətgahına edilən hücumda öldürüldüyünü və ölkə tərəfindən 40 günlük matəm elan edildiyini bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, rəhbərlik şurası mərhum Əli Xameneinin varisi seçilənə qədər İranın ali liderinin vəzifələrini öz üzərinə götürəcək.
Əziz MUSTAFA





















































.jpg)
.jpg)
.jpg)


























