Tramp Xameneinin aradan qaldırılmasının səbəbini açıqladı

Tramp Xameneinin aradan qaldırılmasının səbəbini açıqladı

12:23
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp, İranın onu iki dəfə öldürməyə cəhd etdiyini, lakin Amerika hərbçilərinin İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneidən əvvəl ona çatdığını bildirib.
Oxuməni.az xəbər verir ki, Amerika lideri bunu "ABC" telekanalına verdiyi müsahibədə deyib.
"Mən onu (Xameneini. - red. qeydi) onlar məni ələ keçirməmişdən əvvəl ələ keçirdim. Onlar iki dəfə cəhd etdilər. Yaxşı, mən onu ilk ələ keçirdim", - deyə Tramp etiraf edib.
Fevralın 28-də səhər ABŞ, İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Amerika lideri xalqa müraciətində ABŞ və İsrailin İrana zərbələrini Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə əlaqədar "səbrinin tükənməsi" ilə izah edib.
İslam Respublikasında paytaxt daxil olmaqla bir çox şəhərlər hücuma məruz qalıb. Zərbələrdən biri Ali Rəhbər Əli Xameneinin iqamətgahına düşüb, o, sağ qalmayıb. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika aviabazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirib.
Almaz Həsənli