İranın zərbələri nəticəsində Bəhreyn və BƏƏ-dəki “Amazon” məlumat mərkəzləri zədələnib

İranın zərbələri nəticəsində Bəhreyn və BƏƏ-dəki “Amazon” məlumat mərkəzləri zədələnib

15:15
Bəyəndim (1) Bəyənmədim (0)


Bəhreyn və BƏƏ-dəki “Amazon” məlumat mərkəzləri İranın zərbələri nəticəsində zədələnib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Şirkət bildirib ki, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki “Amazon” bulud məlumat mərkəzləri "xarici obyektlər" tərəfindən vurulduqdan sonra elektrik enerjisi və şəbəkə bağlantısı problemləri ilə üzləşib.
ABŞ və İsrail 28 fevraldan bəri İrana hücum edir, bu da dağıntılara və insan tələfatına səbəb olur.
Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. Hücumda İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei də öldürülüb.
Almaz Həsənli