Tramp: İrandakı əməliyyat 4 həftə davam edə bilər

Tramp: İrandakı əməliyyat 4 həftə davam edə bilər

11:41
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrandakı hərbi əməliyyatının gələn dörd həftə ərzində davam edə biləcəyini düşünür. Ağ Ev rəhbəri "Daily Mail" qəzetinə müsahibə verib və qəzet bu müsahibəni martın 1-də, bazar günü dərc edib.

Onun sözlərinə görə, hər şey plana uyğun gedir. Dövlət başçısı iddia edib ki, ABŞ İranın bütün rəhbərliyini "məhv edib" və əlavə edib ki, bu, görünür, 48 nəfərə aiddir.

Amerika lideri İranla gələcək danışıqlara açıq olduğunu bildirib, lakin onların "yaxın vaxtlarda" baş tutub-tutmayacağını söyləyə bilməyib.

"Bilmirəm. Onlar danışıqlar istəyirlər, amma mən dedim: 'Keçən həftə danışmalıydınız, bu həftə yox'", - deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri martın 1-də günortadan sonra Amerika xalqına müraciət edib. Donald Tramp həlak olmuş üç amerikalı əsgərə görə "qisas alacağına" and içib, Tehrana yeni ultimatum verib və ABŞ-ı onun "azadlıq" uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. "Daily Mail" qəzeti xatırladıb ki, bu, son 48 saat ərzində xalqa ikinci müraciətdir.

Almaz Həsənli