Con Bon Covi "Ağrım var" deyərək konsertini yarımçıq saxlayıb və səhnəni tərk edib

Con Bon Covi "Ağrım var" deyərək konsertini yarımçıq saxlayıb və səhnəni tərk edib

Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı musiqiçi Con Bon Covi Nyu-Yorkdakı "Medison Skver Qarden"də keçirdiyi konsertini qəfil dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

64 yaşlı sənətçi iyulun 23-də "Bon Jovi" qrupunun "Forever" turu çərçivəsində həmin məkanda doqquz şoudan səkkizincisini keçirirdi. "Livin' On A Prayer" hitini ifa etdikdən sonra müğənni çıxışını davam etdirə bilməyəcəyini elan edib.

Şahidlərin sözlərinə görə, o, "Üzr istəyirəm, ağrım var və sizə yaxşı şou göstərə bilmirəm" deyib.

Daha sonra musiqiçi tamaşaçılardan biletlərini atmamağı xahiş edib.

"Biletlərinizi saxlayın, görüşü necə təxirə salacağımızı düşünəcəyik", - deyə Bon Covi söz verib.

Musiqiçinin podkastının aparıcısı Cerri Brayden "X" sosial şəbəkəsində rokçunun sinus infeksiyası ilə mübarizə apardığını yazıb.

Almaz Həsənli