Gürcüstan Azərbaycandan soğan idxalını 49 dəfə artırıb
2026-cı ilin yanvar-iyun ayları arasında Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsü olub. Oxuməni.az xəbər verir ki, bu, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında öz əksini tapıb.
2026-cı ilin ilk altı ayı ərzində Gürcüstan Azərbaycandan 16.893 ton soğan alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 dəfə çoxdur. İdxalın ümumi məbləği 4,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin səviyyəsindən 43 dəfə çoxdur.
Ümumilikdə, Gürcüstan ilk altı ay ərzində xarici ölkələrdən 22.134 ton (5,4 milyon dollar) soğan alıb. Azərbaycan Gürcüstanın ən böyük soğan ixracatçısı olub. Digər soğan ixracatlarına Türkiyə, Ermənistan, Özbəkistan və İran daxildir.
Almaz Həsənli
Digər xəbərlər




































.jpg)



















































