İranda Əli Xameneinin dəfn mərasimi başa çatıb
İranın Məşhəd şəhərində iyulun 10-na keçən gecə ABŞ və İsrailin İranla müharibəsinin əvvəlində, fevral ayında həlak olmuş İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimi başa çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Əli Xamenei İmam Rza məqbərəsində dəfn edilib. Məşhəd Xameneinin doğma şəhəridir. Küçələrə toplaşan insanlar İranın dövlət bayraqlarını, öldürülmüş liderin fotoşəkillərini, həmçinin üzərində "Biz Trampı öldürəcəyik" yazılmış plakatlar daşıyıblar.
Əli Xameneinin dəfni iyulun 3-dən etibarən Tehran və İranın digər şəhərlərində keçirilən keçmiş ali rəhbərin bir həftəlik yas mərasimlərini yekunlaşdırıb. Ölkə mediasının məlumatına görə, matəm tədbirlərində milyonlarla insan iştirak edib.
Əli Xamenei fevralın 28-də — ABŞ və İsrailin İranla müharibəsinin ilk günündə öldürülüb. O və ailəsinin bir neçə üzvü ali rəhbərin iqamətgahına endirilən zərbə nəticəsində həlak olublar.
Əli Xameneinin xələfi onun oğlu Müctəba Xamenei olub. Hava zərbəsi zamanı o da həmin iqamətgahda olub və yaralanıb. O vaxtdan bəri Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb. Atasının dəfn mərasimində də o, iştirak etməyib.
Almaz Həsənli
































.jpg)


.jpg)
.jpg)


















.jpg)
.jpg)

.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)













