UEFA Avropa Liqası: "Qarabağ" CSKA ilə qarşılaşacaq

UEFA Avropa Liqası: "Qarabağ" CSKA ilə qarşılaşacaq

10:19
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının təsnifat mərhələsinin 2-ci raundunun ilk oyununu keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri evdə Bolqarıstanın CSKA komandası ilə qarşılaşacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oyun saat 20:00-da başlayacaq. Matçı FİFA referisi, italiyalı Daniele Çifi idarə edəcək.

Birinci təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubunu hər iki oyunda məğlub edərək (ümumi hesab 6:0) növbəti mərhələyə inamla adlayıb.

Bolqarıstan klubu isə öz növbəsində Şimali İrlandiyanın "Derri Siti" komandasını iki dəfə məğlub edib - 2:1 və 3:2.

Xatırladaq ki, "Qarabağ" və "CSKA Sofiya" klubları arasında cavab matçı iyulun 30-da Bolqarıstanda keçiriləcək.

Almaz Həsənli