Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə qazın nəqli artıbBakı-Tbilisi-Ərzurum qaz kəməri ilə qazın nəqli artıb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə qazın nəqli artıbBakı-Tbilisi-Ərzurum qaz kəməri ilə qazın nəqli artıb

Bəyəndim (0) Bəyənmədim (0)

Cari ilin yanvar-iyun aylarında Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 206,5 milyon kubmetr və ya 1,8% çoxdur.

Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 20 milyard 792,2 milyon kubmetr qaz nəql edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 531,7 milyon kubmetr və ya 2,6% çoxdur. Nəql edilmiş qazın 55%-i Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə daşınıb.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyə istehlakçılarına çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil edilən qazın nəqlinə başlanılıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qaz genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə nəql olunmağa başlayıb.

Almaz Həsənli