“Sabah”ın futbolçusu: İndi əsas hədəfimiz Finlandiya klubunu keçməkdir
“Sabah”ın futbolçusu Rəhman Daşdəmirov AZƏRTAC-a müsahibə verib. Oxuməni.az AZƏRTAC-a istinadın müsahibəni oxucularına təqdim edir:
-“Sabah” Çempionlar Liqasındakı debüt mövsümündə ilk mərhələni uğurla adladı. Təəssüratlarınız necədir?
-Əlbəttə hər birimiz sevinirik. Ancaq başa düşürük ki, bu, ilk addımdır. Artıq bu mərhələ, TNS ilə oyunlar geridə qalıb. İndi biz yalnız KuPS-la oyunlar barədə düşünürük.
-Komandanız iki oyunda Uels klubuna 4 top vursa da, qaçan qol fürsətləri də oldu. Bunun səbəbi nədir?
-Bu, futboldur. Futbolda heç də həmişə qol şanslarından maksimum yararlanmaq olmur. İnanıram ki, qarşıdakı oyunlarda əlimizə düşən imkanlardan daha səmərəli istifadə edəcəyik. Fikrimcə, indiki halda əsas məsələ mərhələ adlamaq idi ki, biz də bunu iki qələbə ilə bacardıq.
-Çempionlar Liqasında qol vurmaq hər futbolçuya nəsib olmur. Müdafiəçi olmağınıza baxmayaraq, TNS-lə görüşdə ikinci qolun müəllifi siz oldunuz…
-Qol vurmaq həmişə xoşdur. Amma bundan da sevindirici olan vurduğum qolun komandama qələbə gətirməsidir. Mənim üçün ikiqat tarixi matç oldu. Lakin dediyim kimi, qolu kimin vurmasının elə bir önəmi yoxdur. Əsas olan komandanın uğurudur.
-Qeyd etdiyiniz kimi, II mərhələdə rəqib Finlandiyanın KuPS komandası olacaq. Rəqib fiziki cəhətdən güclü komandadır. Şansları necə qiymətləndirirsiniz?
-Ümumiyyətlə, Çempionlar Liqasında hər komanda öz ölkəsinin ən güclüsüdür. Bu baxımdan heç bir rəqibi asan dəyərləndirmək olmaz. Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Lakin istənilən halda şanslar bərabərdir.
-“Sabah”ın Çempionlar Liqasındakı əsas hədəfi nədir?
-Əsas məqsəd hər rəqiblə oyuna maksimum hazırlaşmaq, addım-addım irəliləməkdir. İndi bizim əsas məqsədimiz KuPS səddini keçməkdir.
Oxuməni.az














































.jpg)

.jpg)


.jpg)







































